Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i

Yeni kitablar
ERNEST SETON-TOMPSON SEÇİLMİŞ ƏSƏRLƏRİ
19 Sentyabr , 2017


Görkəmli kanadalı yazıçı Ernest Seton-Tompson təbiətşünas yazıçı kimi məhşurlaşmışdır.

Hadisələrin və müşahidələrin bioloji səhihliyi Seton-Tompson yaradıcılığının ən böyük məziyyətidir.Yazıçı heyvanları sanki insaniləşdirir Uşaqlıqdan heyvanlara, canlı aləmə məhəbbəti bütün ömrü boyu onu müşayət etmişdir.Seton-Tompsonun, demək olar ki, hər hekayəsi qəhrəmanlıq duyğu və əməllərinə qadir bir heyvanın, ya da bir quşun həyəcanlandırıcı həyat hekayətidir.Yazıçı təbiətə sevgisi ilə oxucu qəlbinin birdəfəlik fəth edir.

“Mənim tanıdığım heyvanlar” hekayələr toplusu onu ABŞ və Kanadada xeyli məşhurlaşdırmışdı. Onun həmin əsərlərə özünün çəkdiyi rəsmləri dəqiqliyi və ifadəliyi ilə diqqəti cəlb edirdi.

Şəhər həyatını sevməyin Ernest bir çox illər  meşələrdə və çöllərdə yaşamışdır.40-a yaxın əsəri, əsasən, heyvanlara həsr olinmuşdur.Seton-Tompson sanki vəhşi təbiətin ecazkar dünyasının bütün insanlara tanıtmaqçün dünyaya gəlmişdir.