Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i

Yeni kitablar
Muammər Öztürk MƏN İNANIRAM.
12 Oktyabr , 2017

İman əsaslarının ehmal edildiyi, başqa sözlə, qəlblərin ac olduğu bir dönəmdə ilk növbədə bu həyatı məsələlərin üzərində durmaq lazımdır. Ac adamın əvvəlcə qarnı doyurulduğu kimi, ac könülləri də Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, axirətə və qəzavü-qədərə imanla “qidalandırmaq”lazımdır.

İnanc əsasları elmihal kitablarında “Əməntu” termini ilə ifadə olunur. “İnandım” mənasına gələn “əməntu” kəlməsi iman əsaslarını qısa və müxtəsər ehtiva edən mərni bildirmək üçün işlədilir. Məhz bu kitabda da iman əsasları Quran və   hədislər  əsasında , əqli  və məntiqli  dəlillər  işığında  izah edilir. İnanca aid məsələlər sadə, anlaşıqlı üslubla və fərqli bir aspektdən oxucuya çatırılır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.