Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i

Yeni kitablar
Elxan Elatlı Xəstə Ruhlar
11 İyul , 2018

“Xəstə ruhlar”romanı məhşur detektıv yazıçımız  Elxan  Elatlının məhsuldar  yaradıcılıgında özünün kəskın fərqliliyi ilə seçilir. Romanda artıq geniş oxucu kütləsi tərəfindən sevilib qəbul edilmiş  xəfiyyə Qanbay Qasımlı yenidən oxucuların görüşünə  gəlir.  Lakin yazıçı burada yalnız onun apardıgı təhqiqatı təsvir etməklə kifayətlənmir.  Nisbətən yaxın tariximizə ardıcıl maraqlı ekskurslar edərək, Azərbaycanin başina gəlmiş bəlaların və bədnam qonşularimizla düşmənçiliyin tarixi köklərini  bədii dillə göstərməyə çalişir.

Roman təxminən yüz əlli illik bir dövrü əhatə etdiyi və bu dövrdəki hadisələrin təsvirinə detektiv janrın tələblərinə yanaşıldıgı üçün bir qədər mürəkkəb görünə bilər. Lakin, ustalıqla qələmə alınmış bu əsərin də Elxan Elatlının  digər əsərləri kimi maraqla ,birnəfəsə  oxunacagına əminik.