Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i

Yeni kitablar
Elxan Elatlı Xəstə Ruhlar
1 Oktyabr , 2019

“Xəstə rular” romanı məhşur detektiv yazıçımız Elxan Elatlının məhsuldar yaradıcılığında özünün kəskin fərqliliyi ilə seçilir. Romanda artıq geniş oxucu kütləsi tərəfindən sevilib qəbul edilmiş xəfiyyə Qanbay Qasımlı yenidən oxucuların görüşünə gəlir. Lakin yazıçı burada yalnız onun apardığı təhqiqatı təsvir etməklə kifayətlənmir. Nisbətən yaxın tariximizə ardıcıl maraqlı ekskurslar edərək, Azərbaycanın başına gəlmiş bəlaların və bədnam qonşularımızla düşmənçiliyin tarixi köklərini bədii dillə göstərməyə çalışır.

Roman təxminən yüz əlli illik bir dövrü əhatə etdiyi və bu dövrdəki hadisələrin təsvirinə detektiv janrın tələblərilə yanaşıldığı üçün bir qədər mürəkkəb görünə bilər. Lakin, ustalıqla qələmə alınmış bu əsərin də Elxan Elatlının digər əsərləri kimi maraqla, birnəfəsə oxunacağına əminik.