Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Elanlar
24 Avqust , 2021



Azәrbaycan Ordusunun sentyabrın 27-dә başlatdığı әmәliyyat nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәnd işğaldan azad edildikdәn sonra Ermәnistan mәğlub olduğunu etiraf edәrәk işğal altındakı Ağdam, Kәlbәcәr vә Laçını boşaltmağı nәzәrdә tutan razılaşmanı imzalamışdı.

Xatırladaq ki, Ermәnistan ordusu noyabrın 20-dә Ağdamdan, noyabrın 25-dә  Kәlbәcәrdәn, dekabrın 1-dә isә Laçından çıxmışdı.Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Zəfər günü ilə əlaqədar aşağıdakı tədbirlərin həyata keçirilməsini planlaşdırır:

1. Zəfər gününə həsr olunmuş “Şanlı qələbəmiz” adlı videoçarxın hazırlanması.

2. Yasamal rayon Heydər Əliyev Mərkəzində “Şəhid ailələri ilə görüş”ün təşkili

3. “Azərkitab” Kitab Mərkəzində  hərbi vətənpərvərlik mövzusunda tədbirlərin təşkili

4. Hərbi vətənpərvərlik mövzusuna həsr olunmuş elektron kitabın hazırlanması

5. “44 günlük zəfər tariximiz” adlı informasiya məktubu