Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
12 Oktyabr , 2021

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 94 nömrəli Uşaq Bağçasında azyaşlı uşaqlar üçün  “Sağlamlıq – həyat tərzidir”  adlı tədbir təşkil etdi.

Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova çıxış edərək uşaqlara  bildirdi ki,  sağlam millət,  sağlam gələcək deməkdir. Sağlamlıq gələcəyin təminatçısıdır. İdman sağlamlığın əsas şərtidir. Təbii ki, idmanın inkişafı sağlam həyat tərzinə xidmət edir.

          Sonda  kitabxananın əməkdaşı “Uşaqlar sizdə daima idmanla məşğul olun, sağlam qidalarla bəslənin”, deyərək körpə fidanlara məsləhətlər verdi.

Tədbirdə çəkilən fotolardan videoçarx hazılanıb. Həmin videoçarxa aşağıdakı keçiddə baxa bilərsiniz.

https://www.instagram.com/p/CU6843wAUgs/?utm_medium=share_sheet