Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
13 Oktyabr , 2021

         Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana   Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına 44 günlük Vətən müharibəsi ilə bağlı videogörüntülər mütəmadi olaraq sosial şəbəkə vasitəsilə izləyicilərə təqdim edilir.

Təqdim edilən videoçarxlarda kitabxananın virtual oxucuları Fatimə Abuzərova, Nəzrin Mayılova, Ülvi Mayılov, Mədinə Abışova Zəfər savaşımıza yazılmış vətənpərvər ruhlu şeirləri, kitabxananın fəal oxucusu Zəhrəxanım Hüseynova isə şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeiri fəxarət hissi ilə səsləndirmişdir.

 Virtual oxucu Mahmud Mirzəyev ifa etdiyi “Azərbaycanım” mahnısının videoçəkilişini kitabxanaya göndərmişdir. Göndərilmiş mahnının sözləri isə Mahmud Mirzəyevin atasına məxsusdur.

Vətən sevgisi ilə böyüyən uşaqların hazırladıqları videoçəkilişlər aşağıdakı keçidlərdə verilib:

https://www.instagram.com/p/CUUzw2_Fae5/?utm_medium=share_sheet

https://www.instagram.com/p/CUb6mlMASrP/?utm_medium=share_sheet

https://www.instagram.com/p/CUZSxdjlhPs/?utm_medium=share_sheet

https://www.instagram.com/p/CUZSeSolddw/?utm_medium=share_sheet

https://www.instagram.com/p/CUXbI_ml19Z/?utm_medium=share_sheet