Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Elanlar
2 Avqust , 2022



Kitab insanı kainatın sahibi edir. Kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rola malikdir. İnsanları kitabı sevdirmək və kitabxanaya cəlb etmək məqsədi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında yeni layihəyə start verildi. Mərkəzi Kitabxananın  Oxuculara xidmət şöbəsi “Ayın ən fəal oxucusu” adlı layihədə ay ərzində ən çox kitab oxuyan oxucuları müəyyənləşdirərək onlara hədiyyə kitablar təqdim edəcək.