Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
19 Yanvar , 2023



Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 20 Yanvar faciəsi ilə əlaqədar 158 №-li tam orta məktəbdə “Unudulmaz tarix” adlı tədbir keçirdi.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Uşaq şöbəsinin sistem inzibatçısı Elnarə Qarayeva vəinformasiya texnologiya üzrə mütəxəssisi Vəsilə İsgəndərova şagirdlərə 20 Yanvar faciəsi haqqında məlumat verərək bildirdilər ki,Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Daha sonra 1a sinfinin sinif rəhbəri Zəmləkət Zamanova çıxış edərək 20 Yanvar gecəsi baş verən vəhşiliklərdən danışdı.

Tədbirin sonunda şagirdlər 20 Yanvar gününə həsr olunmuş şeirlər söylədilər.

 


Foto Qalereya