Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Azərbaycanlıların soyqırımı
28 İyul , 2015

 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  ərazisi  haqqmda  ilk  dəfə  Istiqlal bəyannaməsində  bəhs  edilmişdi. Həmin  sənəddə  göstərilirdi  ki, Cənub-Şərqi Zaqafqaziyanı  əhatə  edən  Azərbaycan  tamhüquqlu  müstəqil  dövlətdir, Lakin yenicə  yaranmış  Cənubi  Qafqaz  respublikalarının  əraziləri  və sərhədlərinin konkretləşdirilməsi  ciddi  problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları  arasında  sərhəd  məsələləri  üzrə  danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il  29 may  tarixli  iclasında müzakirə  edildi. Səs çoxluğu  ilə  İrəvan  Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya  şəklində  birləşəcəyi, Ermənistanın  Qarabağın  dağlıq  hissəsinə olan  əsassız  iddiadan  əl  çəkəcəyi  və  başqa  məsələlər  nəzərə  alınmışdı.  Lakin tarix bu addımın  yanlış  olduğunu  göstərdi. Ermənilər həmin güzəştlərdən  istifadə edərək, yeni-yeni  ərazi  iddiaları  irəli  sürdülər. İrəvan  quberniyasında, Qarayazıda  olan  Azərbaycan   hərbi hissələrinin   24 saat  müddətində  oradan çıxarılması  haqqında  ultimatum  verdilər, azərbaycanlılara  qarşı yeni soyqırımları  həyata  keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ  keçirməyə cəhd göstərdilər. Azərbaycanla  Gürcüstan  arasında  da sərhəd  mübahisələri vardı. Gürcüstan  hökuməti  keçmiş  Tiflis  quberniyasına  daxil  edilmiş Azərbaycan torpaqlarını – Borçalı, Qarayazı və  Sığnax  mahallarını Azərbaycana qaytarmaqdan  boyun  qaçırdı. Gürcü  silahlı qüvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il  iyunun  əvvəllərində  Borçalıya  daxil oldular. Ayın 14-də Azərbaycanm Xarici Işlər Nazirliyi  azərbaycanlıların  məskunlaşdığı  Borçalıya  və digər ərazilərə  birləşmiş gürcü-alman  hərbi  qüvvələrinin  yeridirilməsinə  qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti  buna razılıq vermədi. Cənubi  Qafqaz  respublikaları arasındakı  ərazi  mübahisələri daha kəskin şəkil almağa başladı. Buna görə də həmin problemin beynəlxalq Istanbul  konfransında  müzakirə  edilməsi  qərara alındı. 1918-ci ilin noyabrında Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə  göndərdiyi   xüsusi  memorandumda  Azərbaycanın ərazisi  müəyyənləşdirilirdi. Bu məsələ  daha  geniş  şəkildə-' Paris  sülh konfransındakı  Azərbaycan  sülh  nümayəndəliyinin  tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə  edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin ve Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis ve Sığnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə ve Samur nahiyələrini əhate eden ərazinin bir hissəsi, habele Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi. Lakin ərazi məsələlərini dinc yolla həll etmək mümkün olmadı. Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan  çıxaran  kimi  ermənilər  daha da  fəallaşdılar, ərazi  iddiası  ilə 1918-ci ilin sonunda  Gürcüstanla  apardıqlan  müharibə nəticəsində Borçalı mahalında  Lorini və onun ətraflarını zəbt etdilər. Ermənistan  Azərbaycanın  tarixi torpaqlarına  olan  iddialarını  həyata  keçirmək  üçün  Qarabağ,  Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını  daha da genişləndirdi. Naxçıvanda  bu siyasətin  qarşısını almaq üçün 1918-ci ilin noyabrında  Araz  Türk  Cümhuriyyəti  yaradıldı  və  bu Cümhuriyyət sonra Cənub-Qərbi  Qafqaz  Demokratik  Cümhuriyyəti ilə birləşdirildi. Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, nəhayət, 1919-cu il aprelin 25-də Tiflisdə konfrans çağırıldı. Lakin konkret  nəticə  verməyən Tiflis  konfransı  da  iyunda  işini  dayandırdı. Son dərəcə  mürəkkəb  beynəlxalq  və  daxili  vəziyyətə  baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Hökuməti  Cənubi  Qafqazdakı  bütün  tarixi  Azərbaycan  torpaqlarını  öz  nəzarəti  altında  saxlamağa  çalışırdı. 1920-ci ilin ünvan – təqvimində Xarici İşlər Nazirliyinin  təqdim  etdiyi  xəritə  və  məlumatlar  əsasında  Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini  əks  etdirən  cədvəl  nəşr  olunmuşdu. Göründüyü kimi, Cümhuriyyətin  ərazisi  113,9  min kv. km-ə  bərabər idi  (o cümlədən, mübahisəsiz  ərazi 97,3 min kv. km;  mübahisəli ərazi 16,6 min kv. km). Azərbaycan  Xalq   Cümhuriyyəti  yaşadığı  qısa  dövr ərzində  ərazisini  və  sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü. Lakin Aprel işğalı (1920)  və Azərbaycan  Xalq  Cümhuriyyətinin devrilməsindən  sonra  Sovet  Rusiyasının  yeritdiyi   ayrıseçkilik  siyasəti  nəticəsində  Azərbaycan  əraziləri   daha  da  azaldıldı. Yeni  yaradılan  Azərbaycan  Sovet  Sosialist  Respublikasının  sərhədləri  86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan  Xalq  Cümhuriyyəti  ərazisinin  27,2 min kv. km-i Azərbaycan  xalqının  əlindən alındı.