Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
6 Oktyabr , 2015

Qövsvari  sağanaqda bir cüt şüşədən sadə nə ola bilər? Amma zəif gözlərə ən xırda hərifləri seçməkdə kömək edən bu dahiyanə ixtira insanlar tərəfindən istifadə olunana qədər uzun yol qət edib. Qədim zamanlarda görmə qabiliyyətini itirən insanlar yardıma ümid bəsləmirdilər. Siseron qoca vaxtında şikayətlənərək deyirmiş: “Mən artıq məktubları oxuya bilmirəm”. Doğrudur, Roma siyasətçisi vəziyyətdən çıxış yolu tapmışdı: qullar onun üçün ucadan oxuyurdular. Bir qədər sonra, artıq eramızın əvvəllərində romalılar oxumaq üçün içərisinə su doldurulmuş kolbadan istifadə etməyə başladılar. Belə kolba hərfləri böyüdürdü. Uzağı zəif görən imperator Neron qladiatorların döyüşlərinə cilalanmış zümrüdlə baxırmış.

 Eynəyin ixtirasında ilk addımı ərəb alimi İbn əl-Haytəm atıb. O, 1000-ci ildə öz əsərində “oxumaq üçün daş” təsvir edib: büllur yarımkürəni əşyanın üstünə qoyanda həmin əşya möcüzəli şəkildə böyüyür! 200 il sonra əl-Haytəmin əsərləri latın dilinə tərcümə olunur. Avropa monastırlarının çoxunun rahibləri tezliklə kristalları səhifələrdə diyirlədə-diyirlədə ən xırda hərfləri oxuya bilirlər.

Zaman keçir, ustalar lupaları cilalaya-cilalaya, onları nazildirlər. Qıraqları qopmasın deyə belə şüşələrə əvvəlcə taxtadan, sonralar dəmir və buynuzdan düzəldimiş çağanaq geydirirdilər. Günlərin bir günü İtaliyada kiminsə ağlına belə bir fikir gəldi: görəsən, lupa kitab vərəqlərinə deyil, gözə yaxınlaşdırılsa, nə olar? Amma bu üsulun bir vacib qüsuru var idi: şüşələri gözün qarşısında əl ilə tutmaq lazım gəlirdi.
 
İxtiraçılar 400 ildən çox eynəyi gözə taxmaq üsulunu tapmaq üçün baş sındırıblar. Bəziləri hətta xüsusi papaqlar təklif ediblər. Belə papaqların aşağı kənarlarına şüşələr bərkidilirdi. 
 
Nəhayət, XIV əsrin ortalarında burun üçün qövs,  XV əsrdə isə qulaqlara keçirilən qövslər ixtira edildi. Artıq onda uzağı görmək üçün linzalar hazırlamağa başladılar: buna qədər “sehrli şüşələr” ancaq uzağı yaxşı görməyə kömək edirdi. Bu minvalla eynəklər tədricən adət etdiyimiz şəklə düşdü. 
 
Adi eynəkləri daim müasirləşdirirlər. Linzaları artıq şüşədən deyil, plastik kütlədən hazırlayırlar. Buna görə də onlar xeyli yüngül və möhkəmdir. Sağanaq barədə isə deməyə söz tapmaq olmur: hətta brilyantlarla bəzədilən sağanaq modelləri mövcuddur. Eynək geyinməkdən qəti imtina edənlər üçün iki çıxış yolu var. “Şüşələri” göz qapağının altına yerləşdirmək olar. Bilavasitə gözün səthində yerləşən belə linzalar kontakt linzalar adlanır. Eynəkləri daha dərində – gözün özündə gizlətmək olar. Bu halda “linzanı” lazerin köməyi ilə bilavasitə gözün üst təbəqəsi olan buynuz təbəqədən düzəldirlər.