Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
23 Sentyabr , 2015

Tarixdə bir çox yollarnan iz qoymaq mümkündü. Kimi saraylar tikir, kimi onları sökür. Paris komunnasının inqilabçılarl olmasaydı, dünyanın ən məşhur muzeyi başqa cür görünərdi.

XVII əsr

XVI əsrə kimi Luvrun yerində əvvəl qala, sonra imarət olmuşdu. 1527ci ildə burda sarayın inşaasına başlanır. 37 ildən sonra isə Ekatirina Mediçanın əmri ilə yeni saray- Tyuiliri tikilir.(Luvrun pəncərələrindən mənzərə bu saraya açılır). Saray öz adını yerli çini material hazırlanan yerin adından götürmüşdü(tuile-çini). 1610cu ildə Sena boyunca Tyuilirinin cənub qanadını və Luvru birləşdirən yalnız bir qalera tikilmişdi. İki binanın bir qapalı kompleksə çevrilməsi haqqda memarlar iki yüz ilə qədər düşünmüşdülər.

XIX əsr


1800cü ildə Napoleon Tyuilirini öz şəxsi iqamətgahı elan edir. 6 ildən sonra isə iqamətgahın qabağında  Bonapartın uğurlarını əks etdirən triumfal arka peydə olur. XIX əsrin sonunda nəhayət ki, Tyuiliri və Luvru birləşdirən korpuslar tikildi. Lakin 1871ci ildə Tyuiliri inqilabçılar tərəfindən yandırıldı.

2014cü il

1989cu ildə- böyük fransız inqilabının 200 illiyi münasibətilə çin əsilli amerikalı memar Bey Yumin Luvrun önündə 22 metrlik metal və şüşədən ibarət olan piramida inşa etdi. Burada piramidanın tikilməsi ideyası hələ XIX əsrdə var idi, o zaman Misir piramidaları çox dəbdə idi. Tyuiliri sarayının bərpası haqqda daima diskusiyalar getsə də, bu ideyanın tərəfdarları çox deyil.