Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
8 İyul , 2015
İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. 

Hansı işçi arının qüvvəsi, yəni qoşunu çoxdursa, həmin qrup 35-40 kq təmiz bal verə bilir. Onlar 15 km-ə qədər yol gedib gəlirlər.

Bir arı 15 km məsafədə yaxşı yem tapsa, qayıdıb o biri arılara da xəbər verir. Sonra bütün arılar həmin yerə uçurlar.

Arılar həm harada yaxşı yem olarsa, onu hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arılar çox sədaqətli olurlar. Onların əmələ gətirdikləri məhsul, yəni bal min bir dərdin dərmanıdır.

Arılar haqqda maraqlı faktlar

Bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar var.

Pətəyin içərisində müəyyən qruplar var ki, digər arıların çöldən gətirdikləri xortumundakı şirəni, bəzən isə ayaqlarındakı çiçək yarpaqlarını və ya suyu yerbəyer etməklə məşğul olurlar. Su arıların balalamasında vacib rol oynayır.

Qış aylarında arılar çölə çıxmırlar. Daha dəqiq desək 15 dərəcədən aşağı istilik olarsa, arılar heç vaxt çölə çıxmağa meyilli deyillər. Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən qovurlar.