Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
5 May , 2015

Aləmlərin Rəbbi olan Allah, bir lütf əsəri olaraq qulları ilə danışmış və onlara kitablar göndərmişdir. Həmçinin izah etməsi və həyatı da bir-bir nümunə olması üçün peyğəmbərlər göndərib. Bəzi vədlərdə və xəbərdarlıqlar etmiş, ta ki insan imtahanını uğurla versin.

Digər tərəfdən Allah qulları ilə danışır da. Cənabı Allah əzəli və əbədi kəlam sahibidir. Peyğəmbərlərinə vəhy göndərdiyi kimi,qulları ilə da ilham yolu ilə danışır, qulların hər ehtiyacını onlara ilham yolu ilə bildirir, onlara kömək edir. Qullarının ürəyinə istədiyi məlumatları ilhamla ötürür, doğruları ilham edər.

Cənabı Haqq qullarına vəzifələrini ilhamla bildirir, ilhamla təlqin edir, qullarına istiqaməti ilhamla göstərir və hidayət verir. Xüsusilə heyvanların dərhal hamısı dünyaya gəldikləri zaman necə hərəkət edəcəklərini, ruzilərini nələrdən və necə əldə edəcəklərini, xəstəliklərində necə şəfa tapacaqlarını, həyat şərtlərinə necə uyacaqlarını bir instinkt də deyilən İlahi şaiq halında, yəni sövqü İlahi tərzində, yəni təlqin edilmiş məlumat paketləri tərzində beyinlərində tapırlar. Cənabı Haqq, bütün canlılara yaşadıqları müddətcə ehtiyacları olan şeyləri qüsursuz təlqin və ilham edir.