Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xarici ölkələrdə yaşamış elm və mədəniyyət xadimləri
17 Avqust , 2016
Emin Sabit oğlu Mahmudov (Emin Sabitoğlu) (2 noyabr 1937, Bakı şəhəri, Azərbaycan SSR — 18 noyabr 2000, Bakı şəhəri, Azərbaycan Respublikası) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı.

Emin Sabit oğlu Mahmudov (Emin Sabitoğlu) (2 noyabr 1937Bakı şəhəriAzərbaycan SSR — 18 noyabr 2000Bakı şəhəri,Azərbaycan Respublikası) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı.

Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinifinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956-1961).

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.