Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Mədəni irsimiz
17 Avqust , 2016
1991-ci ilin fevralında Şuşada Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi yaradılıb. Hazırlıq mərhələsində muzeyin 550-dək eksponat fondu formalaşdırılmış, ilkin olaraq muzey üçün dövrünün böyük ziyalısı, əslən şuşalı Firudin bəy Köçərlinin evi ayrılmış, lakin sonralar muzey Kurort Sanatoriya Birliyinə daxil olan binaların birində müvəqqəti fəaliyyət göstərmişdir.
Bir tərəfdən siyasi vəziyyət, digər tərəfdən erməni işğalı muzeyin fəaliyyətinin dayandırılması ilə nəticələndi. Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin altı yüzə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdur. Hazırda ermənilər talan etdikləri muzey əşyalarını dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edərək bır sıra ölkələrdə nümayiş etdirirlər.