Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
Azərbaycanlıların soyqırımı
19 Sentyabr , 2016
Azərbaycan vətəndaşı olaraq üzərimizə düşən əsas vəzifələrdən biri "Xocalı Soyqırımı”nın beynəlxalq aləmdə tanıdılması, baş vermiş faciələri dünyaya göstərməkdir.

1992-ci ildən bəri dünyanın bir neçə ölkəsi bu soyqırımı rəsmən tanıdığını bəyan edib.
Azens.az indiyə qədər Xocalı soyqırımını tanıyan ölkələrin və təşkilatların siyahısını təqdim edir:
 
1. Azərbaycan.
2. Meksika – 2 fevral 2012-ci il tarixində Meksika Senatı Xocalı faciəsini soyqırım adlandırıb.
3. Pakistan - 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib.
4. Kolumbiya – 24 aprel 2012-ci il tarixində Kolumbiya Parlamenti Xocalını soyqırım kimi tanıyıb.
5. Çexiya – 19 fevral 2013-cü il tarixində Çexiya Parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.
6. Bosniya və Herseqovina – 26 fevral 2013-cü il tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.
7. Peru – (2013).
8. Honduras – (2014).
9. Massaçusets ştatı – 25.02.2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib.
10. Texas ştatı – (2011).
11. Nyu-Cersi ştatı – (2011).
12. Corciya ştatı – (2012).
13. Men ştatı – (2012).
14. Nyu-Meksika ştatı – (2013).
15. Arkanzas ştatı – (2013).
16. Missisipi ştatı – (2013).
17. Oklahoma ştatı – (2013).
18. Tennessi ştatı – (2013).
19. Pensilvaniya ştatı – (2013).
20. Qərbi Virciniya ştatı – (2013).
21. Konnektikut ştatı – (2013).
22. Florida ştatı – (2013).
23. İndiana ştatı – (2014).
24. İslam Əməkdaşlıq Təşkilatı – (2012).
25. Arizona Ştatı – (2015, 25 fevral)
26. Sudan - 2014-cü ildə Sudan Respublikasının parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı aktı kimi tanıyıb.
27. Ruminya - 2013-cü ildə Rumıniya Parlamenti Xocalı Soyqırımı ilə bağlı bəyənat qəbul edib.
57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.