Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Mədəni irsimiz
4 Oktyabr , 2016

Azərbaycanərazisindəmüasir AzərbaycanErmənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlətEramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.

Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı:

"Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar."

Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır. Bu və ya digər dərəcədə ünsiyyətdə olduğu xalqlar isə ölkəni müxtəlif şəkildə adlandırmışlar. Məsələn, yunanlarölkənin adına Αλβανειαlatınlar isə Albānia demişlər. Qafqaz Albaniyasının adı qrabar dilli mənbələrdə Աղուանք – Aluank, aşxarabar dilli mənbələrdə Աղվանք – Agvank, fars dilli mənbələrdə Arran, ərəb dillimənbələrdə isə Ər-Ran şəklində qeyd edilmişdir.

Erməni müəllifi M. Çamçyan Ağvan sözünü qədim erməni dilində (qrabar) "ağu" xoşxasiyyət, mehriban sözündən törədiyini və "Mehriban insanlar ölkəsi" anlamına gəldiyini qeyd etmişdir. Lakin Q. Qeybullayev qeyd edir ki, "ağu" sözü qədim erməni dilinə qədim türk dilindən keçmişdir və bu söz hazırda da bir çox türk xalqlarının dilində işlənməkdədir. Moisey Kalankatlı isə ölkənin Aranilər sülaləsindən olan ilk yarıəfsanəvi hökmdar Arranın adı ilə bu cür adlandırıldığını qeyd etmişdir.

Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində isə qeyd edir:

"Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padişahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir"