Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
Azərbaycanlıların soyqırımı
28 Yanvar , 2017

3 iyul 1967-ci il. Ermənilər şərləyərək həbs etdirdikləri Qaradağlı kəndinin üç nəfər sakininin Xankəndində keçirilən məhkəməsindən sonra polis maşınına hücum etmiş, azərbaycanlıları qətlə yetirdikdən sonra üstlərinə benzin tökərək yandırmışlar.
7 iyun 1968-ci il. Erməni terrorçular İrəvan şəhəri, Kiyevyan küçəsi ev 1,mənzil 15-də yaşayan “Sovet Ermənistanı” qəzetinin redaktoru, tarixçi-alim İsrafil Məmmədovun evinə bomba atmışlar. Xoşbəxtlikdən tələfat olmamışdır.
24 aprel 1983-cü il. Qondarma “erməni soyqırımı”nı bəhanə edərək bir qrup erməni terrorçusu Zəngibasar (Masis) rayonunun Uluxanlı qəsəbəsinə hücum etmiş, kənd sakinlərinə bədən xəsarətləri yetirmiş və qəbirləri dağıtmışlar.
8 sentyabr 1984-cü il. Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladılmış, nəticədə 1 qadın həlak olmuş və 3 nəfər yaralanmışdır.
12 dekabr 1988-ci il. Zəlzələdən zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İL-76 təyyarəsi raketlə vurulmuşdur. Nəticədə təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalmışdır. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın An-12 təyyarəsini də vurmuşlar.
16 sentyabr 1989-cu il. «Tbilisi-Bakı» marşrutu ilə hərəkət edən «İkarus» markalı sərnişin avtobusu Yevlax rayonu ərazisində partladılmış, 5 nəfər həlak olmuş,  25 nəfər isə müxtəlif bədən xəsarəti almışdır. 
20 sentyabr 1989-cu il. Ermənilər  Zod mədəninin Kəlbəcər rayonu  Söyüdlü yaylağında yerləşən sahəsinə partlayıcı qurğu qoyaraq partlatmış, nəticədə bir nəfər yaralanmış və həmin dövrdə dövlətə külli miqdarda ziyan vurulmuşdur.
7 oktyabr 1989-cu il. Xankəndi şəhərində azərbaycanlılar yaşayan Şuşa şəhərini Ağdam yolu ilə bağlayan Xəlfəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Amramyan Artur Artaşesoviç həbs olunmuş və 1992-ci il aprelin 29-da 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.

19 yanvar 1990-cı il. Ermənistanın Ararat rayonunun Yeraxs kəndi tərəfindən Naxçıvan MR-nın Şərur rayonunun Sədərək qəsəbəsi əvvəlcə toplardan atəşə tutulmuş, sonra isə silahlı basqın edilmişdir. Nəticədə qəsəbədəki şərab zavodu, məhsul dolu iki çən partladılmış, obyektlər yandırılmış, 5 yaşayış evi dağıdılmış, 6 nəfər dinc azərbaycanlı öldürülmüş, 23 nəfər isə yaralanmışdır. 
13 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də «Şuşa-Bakı» marşrutu  ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər ağır yaralanmışdır.
24 mart 1990-cı il. «Noraşen-Bakı» yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür.
11 iyul 1990-cı il. Ağdərə rayonunun «Tərtər-Kəlbəcər» sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 8 nəfər qətlə yetirilmiş, 23 nəfər yaralanmışdır. 
10 avqust 1990-cı il. «Tbilisi-Ağdam» marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. 
10 avqust 1990-cı il. «Şəmkir-Gəncə» avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. 
15 sentyabr 1990-cı il. Xankəndi şəhərində Dağlıq Qarabağ Muxtar vilayətinin radio-televiziya mərkəzi partladılmış, 2 nəfər yaralanmışdır. Terror aksiyasını törədən şəxslər müəyyən edilməmişdir.
30 noyabr 1990-cı il. Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılmış, nəticədə 2 milis işçisi yaralanmışdır.
4 yanvar 1991-ci il. Sarkisyan Qraçik Qriqoryeviçin başçılıq etdiyi terrorçu qrup Əsgəran Ağdam yolunda körpünü partlatmışdır. Həmin qrup 1991-ci il aprelin 18-də Xocavənd rayonunda Amaras kilsəsi yaxınlığında 3 nəfər azərbaycanlı polis əməkdaşını qətlə yetirmişdir. Cinayətkarı həbs etmək mümkün olmamışdır.
9 yanvar 1991-ci il. «Molodyoj Azerbaycana» qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. 
12 yanvar 1991-ci il. «Yevlax-Laçın» avtomobil yolunun 13-cü kilometrliyində 547 saylı hərbi hissəyə məxsus «UAZ» markalı avtomaşına silahlı basqın edilmiş, SSRİ DİN polkovniki V.Qriqoryev həlak olmuş, əsgər O.Konovalov yaralanmışdır.
14 mart 1991-ci il.  «Ağdam-Şuşa» marşrutu üzrə hərəkət edən avtobus partladılmış, 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
28 aprel 1991-ci il. Şuşa şəhərində 2 beşmərtəbəli bina dağıdılmış, nəticədə 3 nəfər ağır yaralanmışdır.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan  Respublikasının Xasavyurd stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

19 iyun 1991-ci il. «Yevlax-Laçın» avtomobil yolunun 106-cı kilometrliyində 5459 saylı hərbi hissəyə məxsus «UAZ-469» markalı avtomaşın partladılmış, 1 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır. 
30 iyun 1991-ci il. Dağıstan Respublikasının Temirtau  stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. 
2 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində «QAZ-53» markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər ölmüş, 5 nəfər ağır yaralanmışdır. 
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında «KamAZ» markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 1 nəfər həlak olmuş, 5 nəfər ağır bədən xəsarəti almışdır. 
8 sentyabr 1991-ci il. «Ağdam-Xocavənd» avtobusunun atəşə tutulması nəticəsində 4 nəfər  qətlə yetirilmiş, 17 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. 
8 sentyabr 1991-ci il. «Ağdam-Qaradağlı» marşrutu ilə işləyən avtobusun partladılması nəticəsində 6 nəfər həlak olmuş, 36 nəfər yaralanmışdır. 
26 sentyabr 1991-ci il. «Yevlax-Laçın» yolunda «VAZ-2106» markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır. 
11 oktyabr 1991-ci il. Şuşa rayonun Nəbilər kəndi yaxınlığında Şuşa şəhərini içməli su ilə təchiz edən kəmər partladılmışdır.
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında «UAZ-469» markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır. 
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında «Mİ-8» vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 22 nəfər həlak olmuşdur.

26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində «ZİL-130» və «Moskviç» maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır. 
8 yanvar 1992-ci il. Türkmənistandan «Krasnovodsk-Bakı» marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
28 yanvar 1992-ci il. «Ağdam-Şuşa» marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44  nəfər həlak olmuşdur.
Yanvar 1992-ci il. Kərkicahan qəsəbəsinə hücum nəticəsində 80 nəfər mülki şəxs qətlə yetirilmişdir.
17 fevral 1992-ci il. 56 nəfər, onlardan 12 nəfəri uşaq olan Qaradağlı kənd sakinlərini güllələmişlər.
26 fevral 1992-ci il. Erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etmişlər. 613 nəfər dinc sakin həlak olmuş, 487 nəfəri yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
22 mart 1992-ci il. Qazax rayonu, Cəfərli kəndi ərazisində «UAZ 469» markalı 60-25 AZU dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. 
28 mart 1992-ci il. Cəbrayıl rayonu, Dolanlar kəndi əraziəsində «Kamaz-5410» markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır. 
18 aprel 1992-ci il. «Qazax-Cəfərli» yolunun 10-cu kilometrliyində «VAZ» markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər ölümcül yaralanmışdır. 

20 may 1992-ci il. Zəngilan rayonunun Qazançı kəndi yaxınlığında «UAZ-469» markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. 
28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında «Kislovodsk-Bakı» sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
2 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonu partladılmışdır. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. Cinayəti törətmiş Xatkovski İqor Anatolyeviç 1994-cü il iyunun 22-də AR Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdir.
22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 4 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində  5 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır. 
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində «ZİL» markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan «QAZ-66» markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır. 

1 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında «Kislovodsk-Bakı» sərnişin  qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. 
9 fevral 1994-cü il. Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılmışdır.
18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus «Herkules» tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar. 
19 mart 1994-cü il. Bakı metropoliteninin «20 Yanvar» stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı «Sadval» təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. 
13 aprel 1994-cü il. Dağıstan Respublikasının «Daqestanskiye Oqni» stansiyası yaxınlğında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
3 iyul 1994-cü il. Bakı metropoliteninin «28 May» və «Gənclik» stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

***

Ümumiyyətlə, 1988-1993-cü illərdə ermənilər tərəfindən mülki şəxslərə və hərbçilərə qarşı törədilmiş terror aktları nəticəsində 1250 nəfər həlak olmuş, 1283 nəfər yaralanmış, 65 nəfər itkin düşmüşdür.