Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
Xarici ölkələrdə yaşayan elm və mədəniyyət xadimləri
14 Aprel , 2017
Əlixan Səmədov — Azərbaycan musiqiçi və sənətkarı, tanınmış, virtüoz balaban ifaçısı və ustadı. Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 -1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb (1986-1990). Nəfəsli alətləri (balabanklarnetqaboytütəkzurnasaksafon) və xalq çalğı alətlərini (nağaraqoşanağaradəfqarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb.