Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
“Uşaq Hüquqları haqqında Konvensiya”nın 17-ci maddəsinə uyğun olaraq iştirakçı dövlətlər kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını qəbul edir və təmin edirlər ki, uşaqlar müxtəlif milli və beynəlxalq mənbələrdən informasiya və materiallar, xüsusən uşağın sosial, mənəvi, əxlaqi rifahına, habelə sağlam fiziki psixi inkişafına kömək edən məlumatları əldə edə bilsinlər.
Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” Qanununun 34-cü maddəsinə müvafiq olaraq Dövlət Teleradio Təşkilatı marifləndirici proqramlar, habelə uşaq və yeniyetmələr üçün proqramlar hazırlayır və yayımlatdırır.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axdarmaq, əldə etmək, tətbiq etmək və yaymaq hüququ vardır.
Lakin Cinayət Məcəlləsinin 242-ci maddəsi pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşilər, kino və ya videomateriallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarətə görə cinayət məsuliyyəti nəzərdə tutur.