Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
İnsan hüquq və azadlıqları
19 İyun , 2017


18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.
Bu münasibətlə 17.06.2017 ci ildə  Yasamal rayon MKS-nin 2 saylı filialında oxucularla birlikdə söhbət keçirilmişdir .Kitabxananın müdiri Yəmən Əmirova  Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin Azərbaycanda aparılan demokratik hüquqi islahatlar, insan hüquqlarının müdafiəsi haqqında ətraflı  söhbət
etdi və oxucular da insan hüququna dair fikirlərini bildirdilər.