Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Azərbaycan Mənim Vətənimdir
12 İyul , 2017


2017-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 33 050 nəfər və ya 0,3% artaraq iyun ayının 1-i vəziyyətinə 9 843 031 nəfərə çatıb.

Sonxeber.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 58 217, yaxud hər gün orta hesabla 386 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1004-ü əkiz, 21-i üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.