Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Mədəni irsimiz
14 Sentyabr , 2017





 

Tarixi

Əfrasiyab Bədəlbəyli yazırdı ki, Miladdan 2000 il öncə misirlilərin "Nabla" adlı musiqi aləti tarın ibtidai biçimidir.    Başqa bir musiqiçi Abbasqulu Nəcəfzadə isə onun fikrinə qatılmır:

"nabla telli alət olsa da, quruluşuna, istifadə qaydalarına görə tardan çox fərqlənir. Misir ehramlarının divarlarında nabla alətinin cizgisi verilmişdir. Mənbələrdə nabla quruluşca gitaraya bənzədilir . Gitara sözünün ərəb mənşəli olduğu həmin mənbədə bildirilir. Bu aləti ərəblər XIII əsrdə İspaniyaya gətirmiş, oradan da bütün Avropaya yayılmışdır. Gitara ilə tarın tamam fərqli çalğı alətləri olduğu hər kəsə bəllidir.

Misirlilərin nablası ilk dəfə Carco şəhərinin Fərab adlı bir kəndində X əsrdə Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd Əbunəsr Fərabi tərəfindən təkmilləşdirilmişdir . Altıncı simi tara güneyazərbaycanlı Dərviş Xan əlavə etmişdir 

Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində şair tarı belə təsvir edir:

Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm, bu daşlıqdan asudə olum...

Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi "Tarçalan qız" əsəri bu baxımdan maraqlıdır.

Dütar, setar, çahartar, pənctar və şeştar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Əbdülqadir Marağai "Məqasid əl-əlhan" əsərində şeştar (6 simli) barədə məlumat vermişdir.

XIX əsrin II yarısında Azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmişdir. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmışdır.

1922-1928-ci illərdə Azərbaycan Xalq Maarif Komissarı (AXMK) vəzifəsində çalışan, 1929-1931-ci illərdə isə “İnqilab və mədəniyyət” jurnalının redaktoru olmuş Mustafa Zəkəriyyə oğlu Quliyevin (1893-1938) tövsiyəsi və göstərişi ilə tar alətinin konservatoriyada tədrisi qadağan edilməli idi. Bu barədə “İnqilab və mədəniyyət” jurnalının “Xronika” səhifəsində “Tar konservatoriyadan çıxarıldı” başlıqlı məqalədə məlumat verilirdi:

“Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planından götürülür və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur. Tar ancaq cümə konservatoriyasında keçiləcəkdir”.

1929-cu il yanvar ayının 12-də Dadaş Bünyadzadə adına lət Türk Akademik Teatrosunda incəsənət və musiqi işçilərinin ümumi yığıncağı keçirilir. Bu yığıncağda Mustafa Quliyev Şərq musiqisi və tarın tədrisdən çıxarılması ilə bağlı məruzə edir .

Nə yaxşı ki, o dövrdə ölümün gözünə dik baxan bəzi ziyalılar (Üzeyir HacıbəyovƏfrasiyab BədəlbəyliCəfər CabbarlıMikayıl Müşfiq və b.), azlıq təşkil etsələr də, dövrü mətbuatda M. Quliyevin məlum məruzəsini tənqid etdilər

Quruluş və forması

Quruluş və forma etibarı ilə başqa musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən - çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Onun uzunluğu 850 mm, çanağının hündürlüyü 16 mm, eni 185 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanagının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Çanaq özü 2 hissədən - böyük və kiçik çanaqdan ibarətdir. Müxtəlif diametrli 11 metal simi vardır. Sümük ya ebonitdən hazırlanmış kiçik mizrabla dilləndirilir.

·         Simlər üç qrupa bölünür:

1.    Ağ, sarı və kök simlər (hər biri bir cütdür olur).

2.    Lal sim (tək qalın sim yalnız muğamlarda ifa olunur).

3.    Zəng simlər (cingənə; iki cüt olur).

Tar sinədə üfüqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalınır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrabvurma üsullarından, ştrixlərdən istifadə edilir. Üstmizrab, altmizrab, üst-altmizrab, alt-üstmizrab, rux (sağ-sol) mizrab, santurmizrab (üstaltüst) və digər ştrixlərdən əlavə, lal barmaq, dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur. İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı yaranan effekt "xum" adlanır.

Tar üçün notlar "do" sistemli metsosoprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə kimidir.

Növləri Bas tar (Bəm tar) - tarın ən aşağı registrə malik növü; qalın, bəm səsli simli-dartımlı musiqi aləti. XX əsrin 60 illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün yaradılmışdır (Varid Fərzəlibəyov tərəfindən). Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır .Çahartar - dördsimli tar, yarıya bölünmüş armudabənzər çanağı və uzun qolu olur. Simlərin ikisində əsas melodiya çalınır, digər iki simdən isə ahəngdar musiqi fonu yaratmaqdan ötrü istifadə edilir. İran musiqişünası Ruhulla Xaliqinin verdiyi bilgilərə görə çahartarı Şah İsmayıl Xətainin atası Şeyx Heydər icad etmişdir. XVII əsr türk səyayətçisi Övliya Çələbi "Səyahətnamə" əsərində dövrünün ən tanınmış çahartarçalanı azərbaycanlı Muradağa Naxçıvanlının adını çəkir. Türkiyə sultanı IV Murad da M. Naxçıvanlını İstanbula köçürmüşdür.

·         Eksperimental tar - adi tarlardan o qədər fərqlənmir, əsasən çanağı üzərində deka (ağac üzlük) vurulması ilə diqqəti cəlb edir. Dekanın üzərində bəzəkli rezonator (gücləndirici) dəlikləri açılmışdı