Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
3 Oktyabr , 2017




Qaranlıq materiya və qaranlıq enerjininkainatdakı təxmini paylaşımı. Qrafikə görə kainatın 74 %-ni qaranlıq enerji, 22 %-ni qaranlıq materiya, 3,6 %-ni isə bildiyimiz mənada atomlardan ibarət olan və qalaktikalar arasında olan qazlar, 0,4 %-ni isə yenə bildiyimiz mənada atomlarda ibarət olan ulduzlarplanetlər və s. təşkil edir.

Qaranlıq enerji  - fiziki kosmologiyadaastronomiyadaastrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü.

Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır.

Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır. Qaranlıq enerjiden ilk bəhs edən elm adamı Alan Qut kainatın Böyük partlayışdan sonra birdən genişlənməsini sirli bir qaranlıq enerjinin varlığı ilə izah etmişdir (1980). Daha sonra Sol Perlmutter və Brayan Şmidt adlı iki fizik müşahidələri nəticəsində kainatın genişlənmə sürətinin artdığını və bunun kosmosun bir növ daxili gərginliyi deyə biləcəyimiz qaranlıq enerji olduğundan bəhs ediblər (1998). Tam olaraq həll edilməyən qaranlıq enerji haqqında araşdırmalar hələ də davam edir.

Qaranlıq materiya və qaranlıq enerji

Bu iki anlayışdakı qaranlıq sözü, bunların; nəinki maddəylə, işıqla belə hər hansı bir qarşılıqlı təsirə girməmələrindən iləri gəlir. İşıq görmənin açarıdır, amma bu iki anlayış işıqla qarşılıqlı təsiri olmadığı üçün görünmürlər. Böyük partlayışdan sonra hər halda ilk 5 milyard il qaranlıq materiyanın cazibə qüvvəsi kainatın hakimi ikən sonrasında qaranlıq enerji kainatın mütləq hakimi mövqeyinə yüksəlmiş bunun nəticəsi olaraq kainat hər keçən gün artan bir sürətlə böyüyür. Bildiyimiz mənada maddi qanunlar bilinən kainatın sadəcə 5 %-i ilə əlaqəlidir. Geriyə qalan 95 %-ni hələ də bizim üçün tapmacadır. Son müşahidələr nəticəsində kainatın 23 %-nin qaranlıq materiya, 72 %-nin isə qaranlıq enerjiden ibarət olduğu zənn edilir.

Əslində qaranlıq enerji anlayışını ilk dəfə Albert Eynşteyn ortaya çıxartmışdır. Kəşf etdiyi nisbilik nəzəriyyəsinə görə formullarını istifadə edərək kainatın əsla sabit həcmdə qala bilməyəcəyini, genişləyəcəyini və/və ya çökəcəyini hesablamışdır. Ancaq Edvin Habblın kainatın həmişə genişləndiyi isbatıyla tapmış olduğu bu yeni enerjiyə mənasız enerji demiş, özü də əslində formullarıyla isbat etdiyi qaranlıq enerjiyə əhəmiyyət verməmişdir.