Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
16 Oktyabr , 2017


Oktyabrın 16-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Respublika İncəsənət Gimnaziyasında böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin seçim - tur mərhələsi keçirildi. 

Müsabiqənin keçirilməsində məqsəd oxucular arasında mütaliənin təbliği və onların bilik dairəsinin genişləndirilməsi, kitabxanalara ictimai marağın artırılması, həmçinin istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə Azərbaycan ədəbiyyatına marağın artırılmasıdır.

Gimnaziya  şagirdlərinin ifasında şairin şeir və qəzəlləri dinlənilib. Müsabiqədə məktəbin teatr şöbəsinin müdiri Hicran Sadıqzadə, Yasamalrayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova və böyük metodist İradə Hüseynova münsiflər heyətini təmsil edərək, şagirdlərin ifalarını 10 ballıq sistemlə qiymətləndiriblər.  Şeir müsabiqəsinin ikinci turunda iştirak edəcək məktəbli oxucuların adları məlum oldu.
Foto Qalereya