Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
17 Oktyabr , 2017



Oktyabrın 17-də Yasamal rayon Mərkəzi Kitabxanası və 4 saylı filialının təşkilatçılığı ilə Respublika İncəsənət Gimnaziyasında “Dövlət Müstəqillik günü” ilə əlaqədar “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra “Dövlət Müstəqillik günü”nə həsr olunmuş video slayd nümayiş olundu.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova açaraq bildirdi ki,XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Yasamal rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova və Gimnaziyanın teatr şöbəsinin müdiri Hicran SadıqzadəAzərbaycan xalqının ən əlamətdar bir tarixi hadisəsinin, öz dövlət müstəqilliyini bərpa etməsinin 26-cı ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Hicran Sadıqzadə kitabxana ilə keçirilən silsilə tədbirlərin davamlı olacağını qeyd etdi.

Gimnaziyanın şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu. 5-ci sinif şagirdi Aylin Nəcəfli, 6-cı sinif şagirdləri Rüstəm Abbaszadə və Məlahət Kazımova,  7-ci sinif şagirdi Canəli Canəliyev, 9-cu sinif şagirdləri Ayla Qafqazlı və Raul Qəniyev vətənə, müstəqilliyə həsr olunmuş şeirlər söylədilər. Tədbirdə, həmçinin, 9-cu sinif şagirdi Sevinc Əhmədovanın tarda ifasında “Vals” dinlənildi. 7-ci sinif şagirdi Mircaziz İbrahimovun ifasında “Sarı Bülbül” , 6-cı sinif şagirdi Əli Xuduzadənin ifasında Şur təsnifi və 11-ci sinif şagirdi Əlizamin Şirinlinin ifa etdiyi “Rəqs takkata” alqışlarla qarşılandı. Hüseyn Nağıyevin “Gənclik rəqsi”ni kamanda ifa etməsi tədbirə ahəng qatdı. Onu da qeyd edim ki, musiqi nömrələrinin konsertmeysterləri Ləman Zahidova və Tünzalə Hüseynova idi. İfaçıları kamanda Sabir Babayev, Hüseyn Nağıyev, tarda Məhəmməd Hacıyev müşayiət edirdilər. Xoreoqrafiya şöbəsinin şagirdlərinin hazırladığı “Qaytağı” rəqsi ilə tədbirin bədii hissəsi yekunlaşdı.

Tədbirin sonunda Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova, teatr şöbəsinin müdiri Hicran Sadıqzadə, müəllimə, bədii qiraətçi Pərvanə Talıbova və şagirdlərdən Rüstəm Abbaszadə, Məlahət Kazımova, Şölə Bədirova, Canəli Canəliyev və Kərim Nəcəfli Yasamal rayon MKS-i adından kitabxananın mədəni-kütləvi tədbirlərində fəal iştiraklarına görə Fəxri Fərmanlarla təltif olundular.  Tədbirdə mövzu ilə əlaqədar kitab sərgisi təşkil edilmişdir.


Foto Qalereya