Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
19 Oktyabr , 2017


Oktyabrın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında görkəmli şair Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar keçirilən şeir müsabiqəsinin II seçim-tur mərhələsi keçirilib.

Münsiflər heyəti Yasamal rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri A.İsmayılova, böyük metodist İ.Hüseynova və uşaq şöbəsinin müdiri S.Namazova şagirdlərin çıxışlarını 10 ballıq sistemlə qiymətləndiriblər. 

Müsabiqənin keçirilməsində məqsəd oxucular arasında mütaliənin təbliği və onların bilik dairəsinin genişləndirilməsi, kitabxanalara ictimai marağın artırılması, həmçinin istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə Azərbaycan ədəbiyyatına marağın artırılmasıdır.

Sonda şeir müsabiqəsinin III turunda iştirak edəcək məktəbli oxucuların adları məlum olub.



Foto Qalereya