Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Virtual incəsənət sərgiləri
24 Oktyabr , 2017


Əfqanlı Bədurə Məlik qızı - ilk azərbaycanlı qadın teatr rəssamlarından biri. Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1949) və Xalq Rəssamı (1974).

Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. Bakı Pedoqoji Texnikumunu (1929), Bakı Rəssamlıq Məktəbini (1931) bitirib. Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında quruluşçu-rəssam (1934-1935), Azərbaycan Dövlət Dram Teatrında tərtibatçı və geyim üzrə rəssam (1938-1960), 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam işləyib.

Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşası, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib.Bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır.

Bədurə Əfqanlı 7 may 2002-ciildə vəfat edib.