Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
3 Noyabr , 2017

20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" çərçivəsində silsilə tədbirlər həyata keçirilir. Bu aylığın keçirilməsinin əsas məqsədi uşaqların hüquqlarının, o cümlədən təhsil, sağlamlıq hüquqlarının müdafiəsinə, sosial problemlərinə, onların yolverilməz əməyə cəlb edilməsinə, HİV/AİDS və narkomaniya ilə mübarizəyə, müharibədən ziyan çəkmiş, xüsusi qayğıya ehtiyaclı, valideyn himayəsindən məhrum olmuş, eyni zamanda qanunla ziddiyyətdə olan uşaqların mövcud çətinliklərinin aşkar edilməsi və aradan qaldırılmasına dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların, habelə nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etmək və bu istiqamətdə müvafiq tədbirlər görməkdən ibarətdir. 

03 noyabr 2017-ci il tarixində Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsi "Uşaq hüquqları aylığı" çərçivəsində 158 saylı tam orta məktəbdə söhbət keçirmişdir. Söhbətdə 3-cü sinif şagirdləri iştirak edirdi.

Uşaq şöbəsinin müdiri S.Namazova çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan hüquqları, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən “Uşaq Hüquqları Konvensiyası” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları ilə bağlı  iştirakçılara ətraflı məlumat verib.  Söhbətdə iştirak edən kitabxana əməkdaşları A.Abduləzimova və L.Abdulrəhimova şagirdlərə təhsil və məlumat almaq hüquqları haqqında məruzələrlə çıxış etdilər. Daha sonra məktəblilərin sualları cavablandırldı.

Foto Qalereya