Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
17 Oktyabr , 2017

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 15 sentyabr-15 oktyabr tarixlərində kiçikyaşlı və məktəbli oxucular arasında “Yay tətilində oxuduğum ən maraqlı kitab” adlı müsabiqə keçmişdir. Müsabiqənin şərtlərinə görə oxucular mütaliə etdikləri əsərlərin və kitabların adlarını vərəqdə qeyd edərək lövhəyə yapışdırırdı. Onu da qeyd edək ki, qalib oxucu qeyd etdiyi əsərlərin qısa məzmununu da bilməli idi.

Ən çox kitab oxuyan oxucu-Əhmədova Nəzrin 17 oktyabr tarixində müsabiqənin yekununda uşaq şöbəsinin əməkdaşları tərəfindən hədiyyə ilə mükafatlandırıldı. Qalib oxucu 158 saylı tam orta məktəbin 8-ci sinif şagirdidir.

Foto Qalereya