Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
10 Noyabr , 2017

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranmışdır. Bunun üçün ümummilli lider Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.

12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar olaraq Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası sərgi təşkil etmişdir. Sərgi 10 və 12 noyabr tarixlərinədək nümayiş olunacaq  Kitabxana oxucuları tanış olur, onları mövzu ilə əlaqədar maraqlandıran sualları kitabxana əməkdaşlarına ünvanlayırlar.. 

Foto Qalereya