Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
14 Noyabr , 2017


 




Jade Vin

Xoş mavi-yaşıl rəngi var. Yarasalar bu gülü sevir və tozlandırır. Bugün bu bitkinin nəsli kəsilmək üzrədir.


Gibraltar Silene

Gibraltar yalnız yüksək dağlarda artır. Amma son vaxtlara qədər onun yer üzündən silindiyi bilinirdi. Ancaq 1994-cü ildə bir alpinist tərəfindən aşkarlanmışdır. Bu gün Kraliyətin botanik bağlarında yetişır.


Tutuquşu dimdiyi

Nadir olan bu gül orijinal adı ilə fərqlənir, doğurdanda tutuquşu dimdiyinə bənzəyir. Onun vətəni Kanarya adalarıdır. Bugün bu gülün nəsli kəsilmiş hesab olunur.

Şokolat kosmosu.

Mənşəyi Meksikadandır. Bu çiçəyində adı nəsli kəsilmişlər siyahısına daxildir. Onun ləçəklərinin diametri 4 sm.dir və vanil iyi verir.

Kokio

Bu da çox nadir çiçəkdir. 1860-ci ildə Amerikada ağac üzərində tapılmışdır və artıq 1950 ci ildə itirilmiş hesab olunub. Ancaq 20 il sonra bu tipli ağac tapıldı. Təəssüf ki, bu ağac 1978-ci ildə yanğında yanıb. Ağacdan təkcə bir budaq xilas etmək mümükün olub. Onu da başqa formalarda yetişdirə biliblər.


Kadupul gülü

Şirilanka adasında bitir. Kadupul asan böyüyür. Ancaq çox nadir hallarda çiçəkləyir, çiçəkləyəndən sonra da tez məhv olur.

 

Ruh oxideyası

Bu nadir çiçək olmaqla yanaşı, həm də çox maraqlı çiçəkdir. 20 il ərzində bu gül itmiş hesab olunmuşdu, amma sonradan yenə tapılıb. Bu orxideya növü demək olar ki, təbii yolla artmırlar. Çünki yarpağı demək olar ki, yoxdur və fotosintez köməyi ilə qidalanmırlar. Çiçək öz qidalanmasını köklərinə yapışmış xüsusi göbələklərə borcludur.


Venerin başmağı

Bu orxideyalar nəslinin son dərəcə nadir gülüdür. 1912-ci ildə Böyük Britaniyada gülün bir neçə ekzimpliyaı tapılıb. Gülün bir sarı və ya tünd bənövşəyi salxımı 5 min dollara qiymətləndirilir .Orxideyanın bu növü də göbələklə qidalanır.


Yutan Poluo

Maraqlı bitkidir, çünki böyüməsi üçün torpağa ehtiyacı yoxdur. Bərk səthlər üstündə böyüməyə qadirdir. Məsələn, polad boru üstündə. Onu ilk dəfə boruları təmizləyən Kitay fermeri aşkarlayıb.


Cəsəd çiçəyi

Çiçəyə bu ad iyinə görə verilib, çox pis, xoşagəlməz qoxusu var. Bitkinin çiçəyi çox böyükdür. Onlar 1.5 dən 3 metrə qədər eninə, 100 kq çəkiyə malikdir. Bitkinin gülləri çox nadirdir. Çünki,  5-10 il ərzində bir dəfə 72 saat ərzində çiçəkləyir.