Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
15 Noyabr , 2017

Molla Pənah Vaqif XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan poeziyasının ideya-sənətkarlıq və janr-üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında mühüm xidmətləri olmuş şairdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük şairin 300 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı 12 yanvar 2017-ci il tarixli sərəncamı isə görkəmli şairə göstərilən əbədi ehtiramın nümunəsidir. Çoxəsrlik zəngin ədəbiyyat tariximizdə müstəsna xidmətləri olmuş bu qüdrətli söz ustasının yaradıcılığının geniş oxucu kütləsi arasında təbliği kitabxanaların qarşısında duran əsas vəzifələrdən biridir.

14 noyabr tarixində Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Respublika İncəsənət Gimnaziyasında böyük şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş məlumat saatı keçirdi. Tədbirdə 9-cu sinif şagirdləri iştirak edirdi.

Yasamal rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri A.İsmayılova və böyük metodist İ.Hüseynova böyük şairin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verdilər. Molla Pənah Vaqifin müxəmməsləri, qoşmaları məktəblilər tərəfindən dinlənildi. Sinif müəlliməsi E.Həsənova öz çıxışında şagirdlərin maariflənməsində təsiri olan belə görüşlərin tez – tez keçirilməsini bildirdi.

Mərkəzi Kitabxanada Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş sərgi ilboyu təşkil edilmişdir. Sərgi kitabxana oxucuları tərəfindən maraqla izlənilir.

Foto Qalereya