Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
16 Noyabr , 2017



Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamışdır. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.

“Milli Dirçəliş günü” ilə əlaqədar olaraq Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 158 saylı tam orta məktəbdə tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə informasiya-resurs şöbəsinin müdiri T.Heydərova açaraq bu tarixi gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. O, öz çıxışında qeyd etdi ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Daha sonra çıxış edən kiabxana əməkdaşları K. Hüseynova, A.Abduləzimova və 158 saylı tam orta məktəbin sinif rəhbəri D.Adıgözəlzadə məktəblilərə “Milli Dirçəliş günü”nün tarixi haqqında ətraflı məlumat verdilər.

8d sinif şagirdlərinin bu əlamətdar gün münasibəti ilə hazırladığı şeir kompozisiyası tədbir iştirakçıları tərəfindən dinlənildi. Ə.Sahib, Ə.Əliabbas,G. Fərəcova, H. Mustafayev,E.Kərimli,N. Məmmədli, H.Qurbanov , VIc  sinif şagirdləri X. Qayıbova, L. Mirzəyeva, M. Tağıyeva, E. Qarayev, N. Orucova, M. İbrahimli, Z. Cəfərli, F. Şahbazova, H. Abdulrəhmanlı Vətənə, Azərbaycana, azadlığa, müstəqilliyə aid şeirlər söylədilər.

Mövzu ilə əlaqədar Mərkəzi Kitabxanada sərgi təşkil edilmişdir.

 


Foto Qalereya