Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
Uşaq dünyası
17 Noyabr , 2017

Valideyin himayəsindən mərhum

Olmuşuşaqların hüquqları.

Valideyin himayəsindən məhrum olmuş, baxılmaq, müdafiə və ya müalicə edilmək məqsədi ilə dövlət tərəfindən qəyyumluğa, himayəçiyə verilmiş uşaq qəyyumluğun və himayəçiliyin müntəzəm surətdə yoxlanılması hqququna malikdir.

 

Sosial təminat hüququ

Uşaq sosial təminat imtiyazlarından, o cümlədən də sosial sığortadan istifadə etmək hüququna malikdir.

Uşağın inkişaf hüququ.

Hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir.  Lazımi  həyat  səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar.Dövlətin vəzifəsi bu məsuliyyətin həyata keçirilməsi üçün müvafiq şərait yaratmaqdan ibarətdir.

Dövlətin vəzifələrinə valideyinlərə və onların uşaqlarına maddi yardım göstərilməsi də daxil ola bilər.

 

Təhsil hüququ.

Bütün uşaqlar təhsil hüququna malikdir, buna görə də dövlətin vəsifəsi pulsuz və icbari ibtidai təhsili təmin etməkdən, hər bir uşağın ala biləcəyi orta təhsil verilməsini həvəsləndirməkdən, bilik əsasında hamının ali təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Məktəb intizamına uşağın hüquqlarının nəzərə alınması və onun ləyaqətinə hörmət bəslənməsi şərti ilə təmin olunmalıdır. Dövlət bu hüququn həyata keçrilməsi məqsədi ilə beynəlxalq əməkdaşlıq etməlidir.