Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
20 Noyabr , 2017



Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdəndir. 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Gününün bayram kimi qeyd olunması da bu zərurətdən doğmuşdur. Ümumdünya Uşaq Hüquqları Gününün qeyd olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyasının 1949-cu ilin noyabrında keçirilmiş xüsusi sessiyasında qəbul olunmuşdur.Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ilin 1 iyununda qeyd olunmuşdur. BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarının öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya” adlı sənədi uşaqların hansı dövlətdə yaşamasından asılı olmayaraq, onların hüquqlarını tam əhatə edir. 20 Noyabr  Ümumdünya Uşaq Hüquqqları Günü 1954-cü ildə BMTnin Baş Assambleyası tərəfindən 1956-cı ildən bütün dövlətlərə u şaqların  şərəfinə keçirilməsi tövsiyə olunan bayramdır. BMT  Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə “Uşaq Hüquqları Bəyannaməsi” elan edilmişdir. Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər.

 1978-ci ildə Polşa hökuməti tərəfindən BMT-nin İnsan Hüquqları Komissiyasına uşaq hüquqları haqqında konvensiya təqdim olunmuşdur. Nəhayət 1989-cu il noyabrın 20-də Uşaq Hüquqları Konvensiyası BMTnin Baş Məclisinə təqdim edilmiş və qəbul olunmuşdur. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına, möhkəmləndirilməsinə yönəlib. Bayram olaraq dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da hər il qeyd olunur.

Azərbaycan Respublikası 1992-ci il tarixdə Uşaq Hüquqları haqqında BMT-nin Konvensiyasına, 2002-ci ildə isə konvensiyanın iki əlavə protokoluna  qoşulub. 1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları Haqqında” müddəaları özündə əks etdirən “Uşaq Hüquqları Haqqında” Qanun qəbul edilib.