Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
20 Noyabr , 2017
Noyabrın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin yekun turu keçirilib.

Müsabiqədə Bakı şəhərinin 12 rayonu üzrə keçirilən seçimdə fərqlənən məktəblilər iştirak ediblər.İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılğı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirilib və hər bir iştirakçı Münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.

Noyabrın 24-də Yasamal rayon Heydər Əliyev Mərkəzində reallaşacaq təltifolunma mərasimində müsabiqədə iştirak edən hər bir iştirakçı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Fəxri fərmanı, Münsiflər heyətinin ümumi qərarına əsasən fərqlənən 4 iştirakçı -Yasamal rayon MKS-nin oxucusu Qəniyev Raul Elnur oğlu, Xəzər rayon MKS-nin oxucusu Mehdiyeva Jalə Araz qızı, Xətai rayon MKS-nin oxucusu Quluzadə Ramiz Ramil oğlu, M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasının oxucusu Babayeva Arzu Abil qızı eyni dərəcəli Diplomla təltif olunacaq. 

Qeyd edək ki, şeir müsabiqəsinə oktyabr ayından start verilib. 
Foto Qalereya