Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
22 Noyabr , 2017

Noyabrın 21-də Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Respublika İncəsənət gimnaziyasında görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş məlumat saatı keçirdi. Tədbirdə gimnaziyanın 7-ci sinif şagirdləri iştirak edirdi.

Tədbirdə metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova diqqətə çatdırıb ki, milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoyub. Böyük metodist İradə Hüseynova isə vurğulayıb ki, Hüseyn Cavidin silsilə şeirləri, dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları dahi sənətkarın zəngin irsindən xəbər verir. Daha sonra sinif müəlliməsi Yazgül Rəfiyeva Hüseyn Cavidin yaradıcılığından, Cavid irsinin qorunmasından danışıb.

Sonda sinif şagirdləri Jalə Osmanlı, Kərim Nəcəfli və Kənan Dadaşov Hüseyn Cavidin əsərlərindən parçalar səsləndiriblər.

 

Foto Qalereya