Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
23 Noyabr , 2017



2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın anadan olmasının 120 illiyi tamam olur.

Şövkət Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazmışdır.

Noyabrın 23-də Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirmişdir. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tələbələri, 158 saylı tam orta məktəbin 8 və 9-cu sinif şagirdləri və Mərkəzi Kitabxananın əməkdaşları iştirak edirdi.

Tədbirdə Şövkət Məmmədovanın səs yazıları dinlənilmiş və onun dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirilməsi haqqında şagirdlərə məlumat verilmişdir. Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova və böyük metodist İradə Hüseynova çıxış edərək bildirmişdir ki, Ş.Məmmədova Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazmış, ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyət göstərmişdir.

Milli Konservatoriyanın tələbələrdən ibarət muğam üçlüyü böyük sənətkara həsr olunmuş tədbirə ahəng qatdı. Nuranə Şıxəliyevanı tarda Zəfər Əhmədli, kamanda Müşfiq Lətifov müşayiət edirdi.

 


Foto Qalereya