Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
27 Noyabr , 2017
Noyabrın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib. 

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun fəlsəfə doktoru, dosent Mərziyə Nəcəfova, kitabxana direktorları və filial müdirləri iştirak edib. 

Şeir müsabiqəsində münsiflər heyətinin ümumi qərarına əsasən qalib seçilən 4 məktəbli oxucu eynidərəcəli diplomla təltif olunub. Yasamal rayon MKS-nin oxucusu Qəniyev Raul da diplom, Nıcıfli Kərim isə fəxri fərmanla təltif olundu.

Eləcə də, müsabiqənin final mərhələsində iştirak edən hər bir iştirakçı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Fəxri Fərman və hədiyyələri ilə mükafatlandırılıb.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında musiqi nömrələri səslənib, müsabiqənin qalibi seçilən oxucuların çıxışları dinlənilib.

Sonda şair Molla Pənah Vaqifin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub.
Foto Qalereya