Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
Tədbirlər
27 Dekabr , 2017

İslam yarandığı vaxtdan günümüzə qədər daim sülhün və həmrəyliyin tərəfdarı olmuş, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq insanları saflığa, ülvi mənəviyyata dəvət etmişdir.

27 dekabr tarixində Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “İslam Həmrəyliyi ili” ilə əlaqədar olaraq məlumat saatı keçirdi. Məlumat saatında 158 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri iştirak edirdi.

Çıxış edənlər Yasamal rayon MKS-nin şöbə müdiri A.İsmayılova və 3 saylı filialın müdiri A.Xudayarova “İslam Həmrəyliyi ili” ilə bağlı ətraflı məlumat veriblər. Sonda dərs zamanı ayırdığı zamana görə sinif müəlliməsi M.Ağayevaya öz təşəkkürümüzü bildirdik.

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası və filiallarında ilboyu mövzu ilə əlaqədar sərgi və stendlər hazırlanmışdır.

Foto Qalereya