Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
28 Dekabr , 2017

28 dekabr tarixində Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Respublika İncəsənət Gimnaziyasında “Dünya Azərbaycanlıların Həmrəylik günü” və Yeni il münasibəti ilə tədbir keçirdi. Tədbirdə Azərbaycan Dövlət Din Tarixi muzeyinin direktoru Münəvvər Babayeva, həmin muzeyin elmi işçisi Aynurə Tağıyeva, Gimnaziyanın müəllim və şagirdləri,  Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları  iştirak edirdi.               

      Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova tədbir iştirakçılarını salamladı. O,“Dünya Azərbaycanlıların Həmrəylik günü” və Yeni il münasibəti ilə xoş arzularını bildirdi. Azərbaycan Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva öz çıxışında bildirdi ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.

Daha sonra çıxış edən Yasamal rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova qeyd etdi ki, bu tarixi günün bütün dünya azərbaycanlıları tərəfindən qeyd edilməsi bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Gimnaziyanın müəllimələri Hicran Sadıqzadə və Ulduz Miriyeva tədbir iştirakçılarını “Dünya Azərbaycanlıların Həmrəylik günü” və Yeni il ilə əlaqədar təbrik etdilər.

Tədbirin bədii hissəsində Gimnaziyanın 6-cı sinif şagirdi Əli Xuduzadənin və 11-ci sinif şagirdi Elvin Hüseynovun  ifaları dinlənildi. Onları tarda Əlizamin Şirinli, kamanda Sabir Babayev, qarmonda Rəşad Cavadov müşayiət edirdi. 9-cu sinif şagirdi Raul Qəniyev, 7-ci sinif şagirdi Kərim Nəcəfli və 5-ci sinif şagirdi Aidə Bəşirova şeir ifaları ilə tədbirə ahəng qatdılar.

 

Foto Qalereya