Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
Ekologiya
11 Yanvar , 2018


Qoruqların yaradılmasında əsas məqsəd sayı azalmaqda olan bitki və heyvan növlərini qorumaqdır. Qoruğun başqa forması isə Milli parkdır.Milli Parkda ayrı –ayrı növlər yox, bütün təbiət qorunur. Dünyada yaradılan ilk milli park isə Yelouston milli parkıdır.Bu park Şimali Amerikadadır. Burada min hektar iynəyarpaqlı meşə qorunur.

    Azərbaycanda 9 Milli Park, 11 Dövlət Qoruğu mövcuddur. Milli Parklar- Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət  komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi tədqiqat statusuna malik olan ərazilərdir. Azərbaycanda Milli Park və Qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir. 

 Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılıb. Hazırda Azərbaycanda 890 min hektaradək xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən8 Milli Park, 12 Dövlət  Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı  mövcuddur.

Bununla  yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir. Digər tərəfdən mövcud qoruqların əraziləri də genişləndirilir. Ümumiyyətlə isə bu qoruqlar, sayı azalmaqda olan bitki və heyvan növlərini qorumağa hesablanıb. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Burada alimlər bitki və heyvanlar üzərində müşahidə aparır, nəsli kəsilməkdə olan növlərin sayını artırmaq üçün yollar axtarırlar.