Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
12 Yanvar , 2018



Gülrux Əlibəyli müəllim ailəsində dünyaya gəlib. Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib.

1971-ci ildən 1984-cü ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub.

(1974), professor (1978). Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi (1959—1971, fasilə ilə), Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (1962—1965) olmuşdur.

1974-cü ildən Azərbaycan Xalq Təsərrüfatı İntstitutunda (indiki Azərbaycan İqtisadiyyat Unversiteti) dərs deyirdi.

Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin müəllifidir.

Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda “Ədəbiyyat Məsələləri” jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. Gülrux xanım xeyli sayda beynəlxalq konfransların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.

Gülrux Əlibəyli “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “ Cırpınan Dünyamız”, “ Dəyiş Dünyamız”, “ Dağılan Dünyamız” kimi 20 kitabın müəllifidir.

15 fevral 2016-cı ildə Bakı şəhərində vəfat edib.