Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
19 Yanvar , 2018

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir. Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 4 saylı filial ilə birlikdə 158 saylı tam orta məktəbdə “Milli matəm günü” ilə əlaqədar tədbir keçirdi. Tədbirdə məktəbin müəllim və şagirdləri, Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası və 4 saylı filialının əməkdaşları iştirak edirdi.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidlərin həyatını əks etdirən video slayd nümayiş olunub.

 Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Ələkbərova 20 Yanvar faciəsi ilə bağlı qısa məlumat verib: “20 Yanvar Azərbaycan üçün həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Dövlət və ictimaiyyət Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir”.

 Məktəbin tarix müəlliməsi Aydan Xubyarova çıxışında bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının silahsız halda azadlıq hissini qorumağa qadir olduğunu sübut etdi: “20 Yanvar Azərbaycan xalqının, habelə postsovet ölkələri tarixində insanlıq faciəsi kimi qalıb. Sovet ordusu heç bir azərbaycanlının gözləmədiyi halda öz vətəndaşlarının üzərinə hücuma keçdi. Ən böyük hadisə isə ondan ibarət oldu ki, Azərbaycan xalqı silahsız halda da azadlıq hissini qorumağa qadir olduğunu göstərdi”.

 

Tədbirin bədii hissəsində məktəbin 8-ci sinif şagirdləri Zülfiyyə Əsgərova, Gültəkin Məmmədova, Afət Adilova, Nigar Adilova, Münəvvər Məmmədzadənin ifasında şeir kompozisiyası nümayiş olundu. Həmin Qanlı Yanvar gecəsini əks etdirən səhnəcik nümayiş olundu. Hüriyyə Balayeva “Mən şəhid oldum” və “İgid əsgər möhkəm dayan” mahnılarını ifa etdi. Onu gitarada Sabir Fərzəliyev və Eşqin Rzayev müşayiət edirdi. Daha sonra digər məktəblilər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər söylədilər.

Mövzu ilə əlaqədar stend və kitab sərgiləri hazırlanmışdır. Tədbirdən sonra Şəhidlər Xiyabanına ziyarət təşkil edilmişdir.

 

 

 

Foto Qalereya