Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
25 Yanvar , 2018

Yanvarın 25-də Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında filialların iştirakı ilə “Azərbaycan Xalq Cumhuriyyətini” adlı metodik vəsaitin təqdimatı və kitabxana işi sahəsində yeniliklərin öyrənilməsi məqsədilə seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Yasamal rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri A.İsmayılova “Azərbaycan Xalq Cumhuriyyəti-100” adlı metodik vəsaitlə filial müdirlərini tanış etdikdən sonra görüləcək işlər, iş prinsipləri barədə məlumat verdi. Mərkəzi Kitabxananın şöbə müdirləri Y.Qafarova və K.Hüseynova filiallara gedişlər, aşkar olunan nöqsanlar və onların aradan qaldırılması, veb sayta məlumatların yerləşdirilməsi kimi məsələlərə aydınlıq gətiriblər.
Foto Qalereya