Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Ekologiya
29 Yanvar , 2018


"Park Chalet Shahdag" oteli paytaxt Bakıdan 210 kilometr şimal qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı vardır.

Otel "Absheron Hotel Group" şirkətinin ikinci otelidir. İlk otel olan "Pik Palace Şahdağ"ın açılışı 2013-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən həyata keçirilmişdir."Park Chalet Shahdag" otelinin dizaynı ənənəvi Avropa üslubundan ilhamlanaraq, ABŞ-da Aspen xizək stilli otellərin üslubunu da özündə əks etdirir.

"Park Chalet Shahdag" oteli “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks otel və kurortların cəmləşdiyi "Autograph Collection"un rəsmi üzvüdür. "Park Chalet Shahdag"ın bu qrupa daxil olması təsadüfi deyil. Belə ki, bu qrupa namizəd otellər beynəlxalq standartlara cavab verməsi, yerləşdiyi ərazi, orijinallığı və digər spesifik xüsusiyyətləri ilə seçilən otellərdir.

Oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.

Oteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır. Bu oteldə qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Burada quraşdırılan müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. Oteldə tam təchizatlı fitness və SPA mərkəzləri, 20 metrlik qapalı hovuz qonaqlarını gözləyir. Dəbdəbəli SPA mərkəzində çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və prosedurlar, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan çoxfunksiyalı və banket üslubundakı konfrans zalı Günəş işığı ilə işıqlanır və möhtəşəm dağ mənzərəsi ilə əhatə olunub. Konfrans zalı, həmçinin 3 ayrı hissələrə bölünə bilir və bu da müxtəlif məzmunlu və həcmli tədbirlərin həyata keçirilməsi üçün əlverişlidir. Otelin biznes mərkəzi 7 gün 24 saat fəaliyyətdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 29 yanvar 2015-ci ildə otelin açılışında iştirak etmişlər.