Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Azərbaycanlıların soyqırımı
28 Fevral , 2018



                                                                                   UNUTMAYAQ !!!

Xalqımız fitrətən humanizm, sülhsevərlik, insanpərvərlik, güzəştə getmək, tolerantlıq kimi müsbət və bəyənilən xarakterik xüsusiyyətlərə malik olsa da, daim bundan sui istifadə edən  bədəsillərin məkrli niyyətləri, cinayətkar əməlləri, vandallıq aktları, təcavüzləri ilə qarşılaşıb. Siyahının başında isə Azərbaycan və bütün türk dünyasına düşmən münasibət bəsləyən və dövlət səviyəsində terrorla məşğul olan Ermənistan dayanır.

1918-ci il matrın 31-də Bakı kommunası və  erməni şovinistləri ölkəmizdə kütləvi qırğınlar,  qətliamlar törətməklə  bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu milli faciənin davamı kimi ərazilərimizin də  zəbti başlandı. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycana  köçrülməsi planını həyata keçrildi. Tarixi sənədlər və hadisələrin mahiyyəti təsdiqləyir ki, məhz bolşeviklər daşnakların yaxından iştirakı ilə reallaşan qanlı olayların təşəbbüskarı, təşkilatçısı idilər və Mart soyqırımı məmləkətimizin daha geniş işğalına nail olma məqsədilə törədilmişdi.

1918-ci ilin mart ayından etibarən  əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan işə salındı. Dinc əhali yalnız milli mənsubiyyətinə görə məhv  edildi, evlərə od vuruldu, insanlar diri-diri yandırdılar. Məktəblər, xəstəxanalar, məscid və digər abidələr, milli memarlıq inciləri dağıdıldı, Bakının böyük bir hissəsi xarabalığa çevrildi.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrdə xüsusi qəddarlıqda həyata keçrildi.

1988-ci ildə yenidən açıq müstəviyyə keçən Dağlıq konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz məskənlərindən qovulmasına həmin dövdə respublikada düzgün siyasi qiymət verilməlidi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu  vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyində çıxarılması xalıqımız ciddi narazılqla qarşılaşdı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı.Respublikada keçrilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, o vaxtki Azərbaycan rəhbərliyi passiv mövqeyindən əl çəkmədi. Məhz bunu nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını böğmaq məqsədilə Bakıya “12-ci Qızıl Ordu” yeridildi, yüzlərlə həmvətənimiz öldürüldü, yaralandı, şikəst edildi və digər  fiziki təzyiqlərə məruz qoyuldu.

Vətənimizin 20 faizi bu gün də düşmən tapdağı altındadır, milyondan çox soydaşımız qaçqın, köçkün vəziyyətində yaşayır. Qandonduran cinayətlərin təşkilatçıları məkirli niyyətlərinin, vampir əməllərinin aşkarlanmasına, düzgün hüququ-siyasi qiymət verilməsinə hər zaman maneçilik  törədərək tükün mənfi obrazın yaratmış, özlərinin avantürist topaq iddialarını pərdələməyə çalışmışlar.

Yalnız ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra xalqımız həmin süni pərdəni çəkərək əsl həqiqətləri gün işiığına çıxarmağı və dünyaya   təqdim etməyi bacardı. Bu mənada mərhum dövlət başçımızın 1998-ci il martın 26-da imzalandıgı fərman 200 illik işğal və genosid siyasətinə qarşı çıxarılan tarixi sənəd olmaqla yanaşı, milli-mənəvi dəyərlərə, tarixi köklərə, torpağa və vətənə bağlılığımız baxımından da çox əhəmiyyətlidir. Həmin tarixdən bəri hər il 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Gəlin tarixboyu xalqımıza qarşı törədilən cinayətləri heç vaxt unutmayaq və unudulmasına imkan verməyək.Bir olub, vəhdət yaradıb ümumi düşmənə qalib gələk.!

 

       Hazırladı: Zülfiyyə Abdullayeva