Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
2 Mart , 2018

Martın 2-də Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar təşkil edilən uşaq və məktəblilər arasında bədii qiraət müsabiqəsinin MKS üzrə yekun turu keçirildi.

Müsabiqə zamanı məktəblilərin ifasında Nəsiminin doğma dilimizdə qələmə aldığı, əsasən, ictimai-fəlsəfi məzmunlu müxtəlif şeirləri səsləndi.

Müsabiqədə 1 nəfər qalib seçilərək Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində yekunlaşacaq müsabiqəyə vəsiqə qazandı.

Mərkəzi Kitabxanada İmadəddin Nəsiminin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi təqdim olundu.

Foto Qalereya